Tabeli qurumlar
2016-ci il üzrə tenderlər
Kartof və Tərəvəz Toxumu İstehsalı müəssisəsinin yaradılması məqsədi ilə malların, işlərin və xidmətlərin satın alınması ilə əlaqədar tenderə dəvət 20.07.2016.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Kartof və Tərəvəz Toxumu İstehsalı Müəssisəsinin yaradılması məqsədi ilə malların, işlərin və xidmətlərin satın alınması ilə əlaqədar
AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 1 lot üzrə keçirilir: Kartof və Tərəvəz Toxumu İstehsalı Müəssisəsinin yaradılması məsdəqi ilə malların, işlərin, xidmətlərin satın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 719-cu otaq (Əlaqələndirici şəxs: Vüqar Hüseynov, telefon: 498-08-44) ünvanından ala bilərlər.
İştirak haqqı: 1000 manat
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Hesab: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Tenderdə iştirak etmək üçün yazılı müraciət;İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 31.08.2016 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.09.2016 11:00 qədər Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət Evi, Kənd Təsərrüfatı Nazirliyi, 7-ci mərtəbə, 755-ci otaqünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 08.09.2016 15:00 tarixində Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, Hökumət Evi, Kənd Təsərrüfatı Nazirliyi, 7-ci mərtəbə, 722-ci otaq ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI