Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin iyunun 22-də Şəki şəhərində təşkil etdiyi səyyar xidməti zamanı Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan 73 mexanizatorun sürücülük vəsiqəsi yenisi ilə əvəz olunub. Eyni zamanda, bir nəfər imtahan verərək traktor və mexaniki nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi alıb.
Mexanizatorlara səyyar xidmətin göstərilməsini Şəkidə səfərdə olan kənd təsərrüfatı naziri İnam Kərimov da izləyib. Traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib.
Qeyd edək ki, Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən respublikanın 17 rayonunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb. Məntəqələrin işini daha sürətli, operativ şəkildə, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq prinsipinə əsaslanaraq təşkil etmək məqsədlə Baş Dövlət Texniki Nəzarət Xidmətində “Səyyar Xidmət” Qrupu yaradılıb. Qrup traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, dövlət qeydiyyatından yayınmış texnikanın qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi proseslərini həyata keçirir.
Fəaliyyət göstərdiyi müddət ərzində qrup tərəfindən respublikanın Şirvan şəhərində, Qazax, Quba, İmişli, Masallı, Bərdə, Ağsu, Beyləqan, Ağcabədi, Balakən, Qax, Saatlı, Salyan, Şəki, Şamaxı, Göygöl, Şəmkir, Yevlax, Cəlilabad, Lənkəran, Lerik, Hacıqabul, Siyəzən, Zərdab, Qobustan, Ağstafa, Cəbrayıl, Füzuli və digər rayonlarında tədbirlər keçirilərək 6 mindən çox mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 120 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 300-ə yaxın nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 110 nəfərdən çox vətəndaşdan nəzəri imtahan qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edir
12 Avqust 2022
Respublikanın müxtəlif bölgələrində toxum sərgi- satış yarmarkaları keçiriləcək
11 Avqust 2022
“Modern ferma modeli” mövzusunda seminar keçirilib
11 Avqust 2022
“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib
10 Avqust 2022
Aqrar sahədə Azərbaycan və Türkiyə həmkarlar təşkilatları əməkdaşlığı genişləndirəcək
10 Avqust 2022