Şəkidə xüsusi təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin bitki mühafizəsi mütəxəssisləri tərəfindən bu günə qədər 7560 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 6750 hektar sahədə zərərverici ilə srayətlənmə aşkar olunub və 4670 hektar payızlıq taxıl əkini sahəsində kimyəvi mübarizə tədbirləri aparılıb
Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə ediblər.
Qeyd edək ki, aldadıcı yemin hazırlanmasında və tətbiqində zəhərlə işləyərkən texniki təhlükəsizlik qaydalarına ciddi fikir verilir.
Hazırda mübarizə tədbirləri davam etdirilir.
Məlumat üçün bildirək ki, “Brodifakum” preparatı qanın antikoaqulyantı olmaqla, siçanabənzər gəmiricinin kapilyar damarlarını zədələyir və 4 sutka ərzində ölümünə səbəb olur.
Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri yeni əkilən taxıl sahələrində siçanabənzər gəmiricilərin çox olmasını yay şumunun vaxtında aparılmaması, küləşin sahədən götürülməməsi və səthi şumun aparılması ilə izah edirlər. Fermerlərə tövsiyə olunur ki, səpinqabağı öz əkin sahələrində siçanabənzər gəmiricilər müşahidə edilərsə, şumu ən azı 27-30 sm dərinlikdə aparsınlar. Belə olduqda kimyəvi mübarizə üçün çəkilən xərc həm azalır, həm də aparılan mübarizənin bioloji səmərəliliyi yüksək olur.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026