Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov 21 iyun 2019-cu il tarixdə, saat 10:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı və Qəbələ rayonlarının sakinləri ilə görüşəcək. İyunun 21-də saat 10:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcəklər.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-74-44), Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026