Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilməsi qərarına uyğun olaraq, Kənd Təsərrüfatı naziri İnam Kərimovun martın 27-də Ağsu rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib. Nazir İnam Kərimov martın 31-də, saat 11:00-da Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsu və İsmayıllıdan olan vətəndaşları qəbul edəcək.
Həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində Göyçay və Ağdaş rayonlarından, nazir müavini Elçin Zeynalov Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-356-90-90), Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) və Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-317-81-45) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026