Kənd Təsərrüfatı Nazirliyi sistemində dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının B növü üzrə - 225 vakant vəzifə üzrə 233 yer, dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının A növü üzrə 79 vakant vəzifə üzrə 79 yer namizədlərin müraciətləri üçün 1 may 2023-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində elana çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyi informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti, texniki nəzarətin təşkili üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.
Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və strukturuna daxil olan qurumlar üzrə müəyyənləşib.
Müsahibə mərhələsi üzrə qeydiyyat 30 may 2023-cü il tarixinədək davam edəcək.
Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=516
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=517
22-23 fevral tarixlərində növbəti dəfə “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
20 Fevral 2025
ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
20 Fevral 2025
İmişli rayonunda Aqrar Biznes Festivalı keçirilib
19 Fevral 2025
Müstəqil aqrar sığorta eksperti olmaq istəyənlər üçün təlimlər keçirilib
18 Fevral 2025
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
17 Fevral 2025