Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Nazirliyin tabeliyində olan elmi-tədqiqat müəssisələrində 81 vakant yer üzrə işə qəbul elan edilib. Vakant yerlər haqqında məlumat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış “Aqrokadr.az” karyera portalında dərc edilib.
Toxumçuluq və bitki mühafizəsi üzrə aqronom, aqrokimyaçı, torpaqşünas, zootexnik və baytar həkimi ixtisasları üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər “aqrokadr.az” portalında yerləşdirilmiş vakansiyalarla tanış ola və sayt vasitəsilə aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər.
Elana əsasən Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında olmaqla Göygöl, Quba, Sabirabad, Salyan, Şamaxı, Ucar, Bərdə, Beyləqan rayonları üzrə toxumçuluq üzrə aqronomlar, Abşeron, Bərdə, Füzuli, Cəlilabad, Göygöl, Hacıqabul, Xaçmaz, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Şabran, Şəmkir, Yevlax rayonları üzrə bitki mühafizəsi üzrə aqronomlar, Ağsu, Ağdaş, Bərdə, Qəbələ, Oğuz, Xocalı, Cəbrayıl, Daşkəsən, Sabirabad, Qusar, Siyəzən, Hacıqabul, Xocavənd, Kürdəmir, Şamaxı, Salyan, Samux, Quba, Füzuli, Tovuz, Qobustan, Xızı, Masallı, Göyçay, Qazax, Şabran, Şirvan, Neftçala, Zərdab, Ucar rayonları üzrə baytar həkimlər, Bərdə, Göygöl, Lənkəran, Quba, Şəki, Tovuz, Laçın, Xocalı, Daşkəsən, Siyəzən, İmişli, Beyləqan, Qubadlı, Zəngilan, Şəmkir rayonları üzrə aqrokimyaçı və torpaqşünaslar, Quba, Kürdəmir, Gəncə və Şəki şəhəri üzrə zootexniklər işə qəbul olunacaqlar.
Qeyd edək ki, “aqrokadr.az” karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən ilin avqustunda ictimaiyyətə təqdim edilib. Portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir. Portal üzərindən dövlət və özəl müəssisələrin birgə fəaliyyəti davam edir. Maraqlı şirkət və qurumlar “aqrokadr.az” saytında elanların yerləşdirilməsi və peşəkar kadrların cəlb edilməsi sahəsində əməkdaşlığa dəvət olunur.
22-23 fevral tarixlərində növbəti dəfə “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
20 Fevral 2025
ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
20 Fevral 2025
İmişli rayonunda Aqrar Biznes Festivalı keçirilib
19 Fevral 2025
Müstəqil aqrar sığorta eksperti olmaq istəyənlər üçün təlimlər keçirilib
18 Fevral 2025
Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
17 Fevral 2025