Kənd Təsərrüfatı Nazirliyində Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi-Texniki Şurasının ilk iclası keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparatının nümayəndələri, tabeli qurumların, elmi-tədqiqat institutlarının, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı qarşımıza çox mühüm tapşırıqlar qoyulub. Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün cənab Prezident tərəfindən müəyyən edilən strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə yaxınlıq prinsiplərinə əsasən qurub”.
Nazir qeyd edib ki, resurslardan səmərəli istifadə və innovativ texnologiyaların geniş tətbiqi ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır. İnam Kərimov əlavə edib ki, aqrar siyasətin əsasını ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu sahədə məşğulluğun genişlənməsi və ixracın artırılması təşkil edir: “Bu hədəflərə çatmaq üçün Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini 5 istiqamət- düzgün aqrar təhlilin aparılması, doğru həllərin tapılması, aqrar bilik və bacarıqların artırılması, aqrar sahəyə dəstəyin daha da təkmilləşdirilməsi, fermerlərin bazara çıxışının asanlaşdırılması istiqamətlərində qurub. Kənd təsərrüfatı sahəsi aqrar elm olmadan inkişaf edə bilməz. Nazirliyin beş fəaliyyət istiqamətindən üçü aqrar elmin inkişafından birbaşa asılıdır. Son dövrlərdə bütün elmi-tədqiqat institutlarının maddi texniki bazaları gücləndirilib. Bu institutlarda aparılan elmi-tədqiqat işləri, elmi mövzular aktullıq baxımından mütləq yeni, innovativ olmaqla, sənayenin, fermerlərin tələbatına mütləq cavab verməli, uğurlu nəticələrin tətbiqinə xüsusi diqqət yetirilməlidir”.
Nazir Azərbaycanda aqrar inkişafı ilə bağlı mövcud vəziyyət, qarşıda duran vəzifələr və həyata keçiriləcək tədbirlər barədə məlumat verib.
Tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Elçin Zeynalov, AEİM-in direktor müavini Tariyel Pənahov və elmi-tədqiqat institutlarının direktorları çıxış edərək aqrar sahədə innovativ tədqiqatların aparılması və onların nəticələrinin tətbiqi məsələsinə toxunublar.
İclasda ölkədə aqrar sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, institut rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bu cür müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024