Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş 200 fermerə "Fermer kartı" verilib.
Sabahdan etibarən 6 səyyar xidmət mikroavtobusu müxtəlif bölgələrdə eyni vaxtda xidmətə başlayacaq. Xidməti həyata keçirəcək İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları və sürücülər xüsusi təlimlərə cəlb olunublar.
Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunacaq və xidmətin təşkili barədə DAİM-lər tərəfindən fermerlərə məlumat veriləcək.
Azərbaycan və ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub
19 Noyabr 2026
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026