Tabeli qurumlar
2017-ci üzrə tenderlər
Kənd Təsərrüfati Nazirliyinin yeni inzibati binasının layihələndirilməsi üzrə iş və xidmətlərin satınalınması üzrə tender elanı 30.05.2017.
TENDERDƏ İŞTİRAKA DƏVƏT (TİD)
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, bundan sonra “Satınalan təşkilat” adlanacaq, potensial iddiaçıları aşağıdakı xidmət üçün öz təkliflərini təqdim etməyə dəvət edir.
Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının layihələndirilməsi üzrə işlərin və xidmətlərin satınalınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 777-cu otaq (Əlaqələndirici şəxs: Kamil Şirinov, telefon: 493-89-04) ünvanından ala bilərlər.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Hesab: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12.07.2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.07.2017-ci il saat 17:00 qədər Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 777-ci otağa ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 21.07.2017-ci il saat 11:00-da Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 722-ci otaqda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI