Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019 tədris ilinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, nazirliyin müvafiq strukturlarının rəhbərləri də iştirak ediblər.
Universitetin Mühəndislik korpusunun həyətində dərs ilinin başlanmasına həsr edilən tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsinə Kənd Təsərrüfatı Nazirliyinin verdiyi dəstəkdən danışıb, yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələri, qarşıda duran vəzifələr və bu vəzifələrin icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolu barədə danışıb, professor-müəllim və tələbələri yeni dərs ili münasibətilə təbrik edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə çıxışında ölkədə aparılan uğurlu aqrar siyasətin nəticələrini qeyd edib, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim və tələbələrinə yeni dərs ilində uğurlar arzulayıb.
Daha sonra nazir İnam Kərimov kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı ixtisasları üzrə yüksək balla ADAU-ya qəbul olan tələbələrlə görüşüb. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və dəstəyi ilə bu ildən etibarən Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirmiş tələbələr ixtisasları üzrə işlə təmin olunacaqlar. Bu il ilk olaraq 13 belə tələbənin işlə təmin olunacağını deyən nazir növbəti ildən bu rəqəmin daha da artacağına ümidvar olduğunu deyib. Kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradıldığı barədə məlumat verən nazir İnam Kərimov qeyd edib ki, xidmətyönümlü fəaliyyət göstərəcək DAİM-lərin işinin uğurla təşkili bu mərkəzlərdə gənc, peşəkar kadrların çalışmasını zəruri edir və ADAU DAİM-lərin peşəkar kadrlarla təmin olunmasında baza rolunu oynaya bilər.
Nazir İnam Kərimov Aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına auditoriyanın açılışında iştirak edib, ADAU-da yaradılmış heyvandarlıq, balıqçılıq, quşçuluq kompleksləri və istixanalarla, Baytarlıq korpusunun 2-ci və 3-cü mərtəbələrinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə, Tələbə Yataqxana Kompleksi, Aqrotexnologiya və İqtisadiyyat korpusu ilə tanış olub.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024