Kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb.
Nazir bildirib ki, kadr potensialının zənginliyi, peşəkar kadrların mövcudluğu hər bir sahənin inkişafının əsas amillərindən biridir. Xaricdə təhsil almış və Kənd Təsərrüfatı Nazirliyi sistemində işə qəbul olunmuş əməkdaşlara uğurlar diləyən nazir qeyd edib ki, bu əməkdaşlar öz bilik və təcrübələrini aqrar sahənin inkişafı üçün sərf etməlidir.
Nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Elvin Paşayev nazirlik sistemində xaricdə təhsil almış kadrların sayının artdığını qeyd edib: “Gənclər bu dəstəkdən istifadə edərək kadr kimi formalaşmalı, öz üzərlərində çalışmalıdırlar.
Görüşdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Əmir Əmirli, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov, nazirlik Aparatının elm və təhsil şöbəsinin müdir müavini, təhsil sektorunun müdiri Nəzrin Bağırova və digər xaricdə təhsil almış əməkdaşlar göstərilən etimada görə təşəkkür ediblər.
Nazir İnam Kərimov Aqrar Tədqiqatlar Mərkəzində xaricdə təhsil alan əməkdaşların daha çox təmsil olunduğunu qeyd edib, İnsan resurslarının idarəedilməsi şöbəsinə əməkdaşların qısa və uzunmüddətli təhsil proqramlarına cəlb olunması, ixtisasartırma kurslarına göndərilməsi ilə bağlı tapşırıq verib.
Görüşün sonunda xatirə fotosu çəkdirilib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026