Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi Hacıqabul rayonunda payızlıq taxıl bitkiləri əkiləcək sahələrdə səpinə hazırlıq işlərinin aparılma vəziyyəti ilə tanışlıq, texnika ilə təminat və digər müvafiq işlərlə bağlı monitorinqlər keçirib. Monitorinq nəticəsində məlum olub ki, rayon ərazisində 47500 ha əkin üçün sahə şumlanmalıdır. Bundan 4100 ha-ı artıq şumlanılıb.
Meyniman kəndində kənd sakinləri ilə görüşlər keçirən mütəxəssislər problem və təkliflər dinləyib, kənd ərazisində taxıl əkini məqsədi ilə aparılmış şuma baxış keçirib və aqronomlarla söhbətlər aparıblar.
Hacıqabul DAİM-in Bitkiçilik sektorunun nümayəndələri yerlərdə əkin işləri aparılmasında istehsalçılarla mütəmadi olaraq əlaqə saxlayır və monitorinq şöbəsinə daimi məlumat verirlər. Texniki-nəzarət xidmətinin əməkdaşı məlumat verib ki, rayon ərazisində olan bütün texnikalar qeydiyyatdadır, vaxtında texniki baxışdan keçirilir və bütün mexanizatorlar vəsiqələrlə təmin olunub.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026