Kənd Təsərrüfatı Nazirliyi biçindən sonra əkin sahələrində yanğın törədilməsinə qarşı fermerlər arasında maarifləndirmə işlərini davam etdirir. Nazirliyin şəhər və rayon kənd təsərrüfatı idarələri yanında yaradılmış xüsusi komissiyanın üzvləri məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısının alınması məqsədi ilə fermerlərlə ilə mütəmadi görüşlər keçirirlər. Görüşlərdə nazirliyə tabeli qurumların nümayəndələri biçindən sonra kövşənliyin yandırılmasının torpağın münbitliyinə verdiyi zərər barədə məlumat verir, bu addımın qanunla qadağan olduğunu fermerlərin nəzərinə çatdırır. Fermerlərə bildirilir ki, buğda və arpa biçinindən sonra samanın yandırılması torpağın üst qatında toplaşmış xeyirli bakteriyaları məhv edir, torpağın üst qatı yanır və nəticədə sahə növbəti əkin üçün yararsız hala düşür.
İzahedici işlər çərçivəsində fermerlərə bildirilib ki, kövşənliyi yandıran şəxslər İnzibati Xətalar Məcəlləsinə edilmiş 244-1-ci maddəyə əsasən, cərimə olunacaqlar. Bu addımı atan fiziki şəxslər üçün 400-600 manat, vəzifəli şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə nəzərdə tutulub.
Qeyd edək ki, son iki həftə ərzində Qazax, Bərdə, Tərtər, İsmayıllı, Cəlilabad, Balakən, Siyəzən, Lənkəran, Goranboy rayonlarının kəndlərində davamlı maarifləndirmə işləri aparılıb. Ölkənin digər rayonlarında da analoji tədbirlərə start verilib. Şəhər və rayon kənd təsərrüfatı idarələri görülən işlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyi Aparatını mütəmadi məlumatlandırırlar.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026