Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzümçülüklə məşğul olan fermerlər üçün Samux rayonunda təlim keçirib.
Təlim Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində baş tutub.
Təlim layihənin aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə seçib qrant müqaviləsi imzaladığı “Samux rayonunda quru meyvə istehsalı” sub-layihəsinin tərəfdaş fermerləri üçün təşkil olunub. Layihədə 9 fermer birləşsə də, təlim açıq olduğundan 80 nəfərədək üzümçünün, eləcə də mütəxəssisin bu təlimdə iştirak etmək şansı olub. Beynəlxalq ekspert Əliəşrəf Xəlilli üzümün becərilməsi qaydaları barədə, yerli mütəxəssis Nəzakət İsmayılzadə üzüm bitkisində rast gəlinən zərərvericilər və onlara qarşı mübarizə üsulları haqda fermer və mütəxəssisləri məlumatlandırıb.
Ekspertlərin nəzəri təqdimatlarından sonra təlim iştirakçıları layihə iştirakçısı olan fermerlərin sahələrinə səfər edib, biliklərini praktiki nümayiş hesabına artırıblar.
Qeyd edək ki, Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində 20-dək aqrobiznes dəyər zənciri layihələrinə qrant verilməsi nəzərdə tutulub. Artıq 5 layihəyə görə Dövlət Xidməti ilə sahibkarlar arasında müqavilə imzalanıb. Bir neçə layihə də təsdiqlənmə ərəfəsindədir. Biz bu layihəni həyata keçirməklə, kənd təsərrüfatı məhsulları istehsalında möhkəm, qırılmaz dəyər zəncirlərinin iqtisadiyyatda nümunə ola biləcək pilot modelləri hazırlamaq nəzərdə tutulub. Qrant layihələri tərəfdaşlıq üzərində qurulmalı, səmərəlilik vəd etməli, rəqabətqabiliyyətli ixrac potensiallı məhsul istehsalına və idxalın əvəzləməsinə yönəlməlidir.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026