Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi keçirilib. İctimai müzakirədə nazirlik təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: “Cənab Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq”.
Daha sonra Aqrar Tədqiqatlar Mərkəzinin heyvandarlıq şöbəsinin baş mütəxəssisi Elşad Rzayev Dövlət Proqramının layihəsi barədə təqdimatla çıxış edib. İştirakçılara Dövlət Proqramının məqsədi, funksiyaları, istiqamətləri, əhəmiyyəti, növbəti illərdə ölkədə heyvandarlığın inkişaf etdirilməsi, örüş-otlaq ərazilərindən səmərəli istifadə məqsədilə görüləcək işlər barədə geniş məlumat verilib.
Təqdimatdan sonra nazir İnam Kərimov fermerlərin suallarını cavablandırıb. İctimai müzakirələrdə Dövlət Proqramına təkliflər səsləndirilib, layihədə nəzərdə tutulan əsas istiqamətlərə toxunulub.
Müzakirələr zamanı ölkədə heyvandarlığın və örüş-otlaq ərazilərinin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. İctimai müzakirədə ölkədə heyvandarlığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirin sonunda analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026