Kənd təsərrüfatı nazir İnam Kərimov “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”nı təsdiq edib.
Qəbul olunan etik davranış qaydalarının məqsədi vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinə etimadını yüksəltmək, fermerlərin çağırışlarına hazır müasir düşüncəli, operativ və öz davranışları ilə nümunə olacaq əməkdaşların formalaşdırılması, nazirliyin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır. Qaydalara əsasən, əməkdaşların xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətdir.
Qaydalarda etik davranış qaydalarına əməl olunmasının təminatı, rəhbərlik tərəfindən həyata keçiriləcək nəzarətin mexanizmi etik davranış qaydalarının pozulmasına görə məsuliyyətlə bağlı məsələlər öz əksini tapıb.
Qaydalarda nazirlik əməkdaşının peşəkarlıq və fərdi məsuliyyətinin artırılması, loyallıq prinsipinə əməl edilməsi, qərəzsiz olması və digər məsələlərlə bağlı müddəalar öz əksini tapıb. Etik davranış qaydalarına riayət olunmasının təminatı olaraq bu qaydalar internet vasitəsilə ictimaiyyətə açıqlanacaq.
“Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının etik davranış Qaydaları”na uyğun olaraq Nazirlik Aparatının, tabeli qurumların, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşlarına etik davranış qaydaları, dinləmə qabiliyyəti, fermerlərin müraciətlərinin düzgün və operativ cavablandırılması və digər bu kimi mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026