Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Türkmənistanda iki günlük rəsmi səfərdə olublar. Səfərdə məqsəd Türkmənistanın pambıqçılıq sahəsində təcrübəsi ilə tanış olmaq, bu sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqdır. Kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistan kənd və su təsərrüfatı nazirinin müavini Cuma Annayev ilə görüş keçirib, pambıqçılığın mövcud durumunu müzakirə aparıblar. Nümayəndə heyəti səfər çərçivəsində pambıq emalı və yağ emalı zavodlarında, tekstil kombinatında istehsal prosesi ilə tanış olublar.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026