Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları yarmarkası təşkil olunub.
Dekabrın 21-dən başlayan yarmarkanın şəhər əhalisi üçün əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaşlarımız gigiyenik və qida təhlükəsizliyi standartlarına uyğun, keyfiyyətli və təbii kənd təsərrüfatı məhsullarını sərfəli qiymətlə birbaşa fermerdən əldə edə bilir.
Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü və “Kapital bank”ın dəstəyi İlə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə “Fermer kartı”nın verilməsinə başlanılıb. Fermer kartları “Kənddən şəhərə” mağazasına təchizatçı qismində üzv olan fermer və sahibkarlara verilir.
Bu gün yarmarkada iştirak edən və gələcəkdə Dövlət Aqrar Ticarət Şirkəti ilə əməkdaşlığı nəzərdə tutulan bir qrup fermerə - Xaçmaz rayonunun Arzu qəsəbəsindən Ədalət Dadaşov, Qaracik Zeyid kəndindən Ağasəf Yaqubov, Keymərəz kəndindən Təranə İsayevaya və Masallı rayonu Ərkivan qəsəbəsindən Qönçə Quliyevaya “Fermer kartı” təqdim olunub.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkası dekabrın 30-da başa çatacaq.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026