Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin mütəxəssisləri tərəfindən aprel ayının ikinci ongünlüyündən etibarən İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində Mərakeş çəyirtkəsinə qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Hər il olduğu kimi cari ildə də Dövlət Xidməti tərəfindən çəyitkəkimilərlə mübarizə tədbirlərini vaxtında və keyfiyyətli təşkil etmək məqsədi ilə ultra kiçik həcmli ciləyici aqreqat quraşdırılmış maşın-mexanizmlərdən istifadə edilir ki, bu da kənd təsərrüfatı məhsullarına dəyən zərərin qarşısının alınmasında mühüm rol oynayır.
Aprel ayının ikinci ongünlüyündən etibarən bu günə qədər Küdrü düzü ərazisini əhatə edən ümumilikdə 58080 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 32065 hektar sahədə çəyirtkələrlə sirayətlənmə aşkar edilib və 9800 hektar sahədə isə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Qeyd edilən tarixdə İmişli rayonu ərazisini əhatə edən 31750 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 20000 hektar sahədə zərərvericilərlə sirayətlənmə aşkar edilib və 5000 hektar sahədə kimyəvi mübarizə aparılıb. Mübarizə zamanı Alfa-sipermetrin tərkibli Chrysamed Dedex 10% EC və sipermetrin tərkibli Arrivo 25 ES preparatlarından, eləcə də “AU 8115M” markalı ultra kiçik həcmli ciləyici aqreqat quraşdırılmış Pikap tipli avtomobillərdən və ventilyatorlu 2000 l həcmli çiləyicilər qoşulmuş traktorlardan istifadə edilib.
Qeyd edək ki, mübarizə tədbirləri aparılan ərazilərdə əvvəlcədən xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilib, eyni zamanda onlara mübarizə tədbirlərinin əhəmiyyətini əks etdirən və çəyirtkəkimilər haqqında tərtib olunmuş broşuralar paylanılıb.
Dövlət Fitosanitar Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026