Regionlarda barama saxlayan fermerlərin maarifləndirilməsi tədbirlərinin birinci mərhələsi başa çatıb. Barama mövsümünün başlamasına qədər olan dövrdə kümçülər arasında maarifləndirmə təlimlərinin aparılması haqqında qərar Barama Şurasının sonuncu iclasında qəbul edilib. Maarifləndirmə istiqamətləri ötən təsərrüfat ilində kümçülərin üzləşdikləri problemləri-kümxanaların düzgün təşkili, ipəkqurdlarının qaydalara uyğun bəslənməsi, yem təminatı, zərərvericilərə qarşı mübarizə kimi məsələləri əhatə edib.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dekabr ayı ərzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Goranboy, Yevlax, Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Laçın rayonları üzrə keçirilmiş təlimlərdə 230 fermer iştirak edib. Təlimlər Barama Şurasının üzvü, Çin və Hindistanda müasir barama ipəkqurdunun saxlanılması ilə bağlı kurs keçmiş Nuranə Qəmbərova tərəfindən həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki Dövlət Aqrar İnkişaf Mərkəzlərinin təşkilati dəstəyi ilə keçirilmiş təlimlərdə kümçüləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, Çin Xalq Respublikasından gətirilərək salınmış yeni tut bağlarına baxış keçirilib. Eyni zamanda, sahə nümayişləri zamanı kümçülərə təcrübələrə əsaslanan tövsiyyələr verilib. Təlimlərdə barama istehsalında ən son yeniliklər diqqətə çatdırılıb, fermerlərə maarifləndirici metodiki vəsaitlər paylanıb.
Qeyd edək ki, mart ayının 1-nə qədər təlimlər ölkə üzrə bütün kümçüləri əhatə edəcək.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026