2017-ci üzrə tenderlər

  • A
  • A
  • A

Laboratoriya avadanlıqlarının satın alınması ilə əlaqədar açıq tenderə dəvət

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi laboratoriya avadanlıqlarının satın alınması ilə əlaqədar Açıq Tenderə dəvət edir:    

Lot 1. Respublika Baytarlıq Laboratoriyası üçün avadanlıqlarının  satın alınması

Lot 2. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları üçün laboratoriya avadanlıqlarının satın alınması 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 719-cu otaq (Əlaqələndirici şəxs: Tariyel Bağırov, telefon: (+012) 498-08-44, daxili nömrə 188) ünvanından ala bilərlər.

İştirak haqqı: Lot 1: 200 manat 

                       Lot 2: 250 manat

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi                     

Hesab:AZ94CTRE00000000000002188301

VÖEN: 1700069791

Bank:Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən onra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). 

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13.11.2017  17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27.11.201 17:00 qədər Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 755-ci otağa ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 28.11.2017 17:00 tarixində Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 722-ci otaqda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

TENDER KOMİSSİYASI