İyun ayından etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) birinci nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən bu ay ərzində Lənkəran rayonu ərazisində 14 hektar meyvə bağında adı çəkilən zərərvericiyə qarşı fitosanitar müşahidə işləri aparılıb və 3 hektar sahədə sirayətlənmə qeydə alınıb.
Hal-hazırda ipəkqurdunun bəslənməsi ilə əlaqədar tut yarpaqlarından istifadə edildiynə görə mexaniki mübarizə üsulu tətbiq edilir. Mexaniki mübarizə zamanı ağaclarının zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilir.
Qeyd edək ki, Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq AXA-nın bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.
Bölgələrdə Amerika ağ kəpənəyinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026