Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
“Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq Forumun 10-11 dekabr 2018-ci il tarixlərində ADA Universitetində keçirilməsi planlaşdırılır.
Dünyanın 4 bir yanından bu sahə üzrə ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, eyni zamanda ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş mütəxəssislər sizlərlə öz təcrübələrini paylaşacaqlar.
İki gün davam edəcək Forumun aşağıdakı panellər üzrə keçirilməsi planlaşdırılır:
Energetika və aqrar texnologiyaların gələcəyi; Aqrar və yaşıl enerji üçün texnologiyalar; Aqrar və energetika texnologiyaları üzrə Akademiya; Siyasətin təsiri; Yeni innovativ ekosistemlər; Fermerlər üçün seksiya; Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası; Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası; Startap və İnnovasiya Ekosistemi Seminarı
Forumun keçirilməsində digər məqsəd qlobal texnologiya şirkətləri, startaplar, fermerlər və digər maraqlı tərəflər arasında əməkdaşlıq yaratmaqdır. Bununla əlaqədar olaraq Startaplar və Fermerlər üçün seminarlar keçiriləcək.
Startaplar üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:
Kənd Təsərrüfatının Rəqəmsal dönüşümü seminarı Kənd Təsərrüfatı sahəsində yeni informasiya texnologiyalarına keçid Dünyada və Azərbaycanda kənd təsərrüfatı sektorunda yenilikçi İKT texnologiyalarının mövcud istifadə Azərbaycanda aqro-sənaye komplekslərində müasir İKT texnologiyalarına çıxış Azərbaycanda müasir agro startupların fəaliyyəti Böyük aqrobiznes problemlərinin müəyyən edilməsi və startap həllərinin bu problemlərə tətbiqi
Fermerlər üçün keçiriləcək seminar mövzuları aşağıdakılar olacaq:
Aqrar innovasiyaların tətbiqi üzrə seminar Kənd Təsərrüfatı innovasiyalarının tətbiqi üzrə qısa icmal Müasir kənd təsərrüfatı layihələri və intensiv təsərrüfata keçid Yığım, müvəqqəti qablaşdırma və saxlama Marketinq və logistika Azərbaycanın innovativ fermerləri ilə müzakirələr
İnnovasiyalarla gələcək \"Yaşıl gələcəy\"in indidən bir parçası olun.
www.agtech.az
(https://www.facebook.com/AgTech.az/)
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026