Aqrar Elm və İnnovasiya Mərkəzinin, Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasının və Quba Elmi Tədqiqat Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran Çay filalının təşkilatçılığı ilə Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində “Aqrar sahənin innovativ inkişafında gənclərin rolu” mövzusunda elmi praktik konfrans keçirilib.
Konfransda alim və mütəxəssislər, Lənkəran Dövlət Üniversitetində aqrar sahə üzrə təhsil alan tələbələr, Lənkəran Dövlət Peşə Mərkəzinin əməkdaşları, Lənkəran üzrə Aqrar İnkişaf könüllüləri iştirak ediblər.
Seminarda Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev aqrar sahədə kadr potensialının gücləndirilməsi məqsədilə gənclərin xarici ölkələrdə təcrübə keçməsi, gənclərin ixtisas artırma kurslarına göndərilərək yeni texnologiyaları mənimsəmələrinin vacibliyini vurğulayıb. Son vaxtlar gənclərin aqrar sahəyə marağının artırılması istiqamətində mühüm işlərin yerinə yetirildiyini və keçirilmiş layihələr haqqında ətraflı məlumat verən çıxışçı vurğulayıb ki, həmin layihələr yaxın gələcəkdə aqrar sferada ciddi aktivliyə səbəb olacaq.
Lənkəran şəhər Gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov isə bildirib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində fermer fəaliyyətinə maraq göstərən gənclər üçün təlimlərin, elmi müzakirələrin, sahə nümayişlərinin təşkil olunması nəzərdə tutulur, bu istiqamətdə hazırlanmış tədbirlər planı müzakirə edilib.
Konfransın sonunda iştirakçılara aqrar sahəyə aid metodiki vəsaitlər paylanılıb.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026