Lənkəran rayon ərazisində kiçik tut odlucasının (Glyphodes pyloalis Walker) IV nəslinə qarşı mübarizə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən 220 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 25 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən edilib.
Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyyələr əsasında 4 ha sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə zamanı ciləmə üsulu ilə alfa-sipermetrin tərkibli Siperkor 25 EC preparatından (0.3 l/ha - 250 qr/l tərkibdə) istifadə edilib. Hazırda davam etdirilən müşahidə və mübarizə tədbirləri İstisu və Liman qəsəbələrini və Aşağı Nüvədi kəndini əhatə edib. Eyni zamanda mütəxəssilər tərəfindən fermer təsərrüfatı sahiblərinə müvafiq tövsiyələr verilir və zərərvericilərə qarşı mübarizənin aparılması qaydası izah olunur.
Məlumat üçün bildiririk ki, kiçik tut odlucasının kəpənəkləri orta ölçülü (20-23 mm) olub, qızılı-sarı rəngdədir. Kəpənəklərin pupdan uçması və cütləşməsi gecə saatlarında əsasən (21:00-24:00 radələrində) baş verir. Pupdan çıxdıqdan 1 gün sonra cütləşir və yumurta qoymağa başlayırlar. Qidalanmasından asılı olaraq kəpənəklərin ömrü 3-20 gün təşkil edir.
Avqust-sentyabr aylarında III və IV nəsilləri bitkilərə çox ciddi ziyan vururlar. Bir bitki üzərində iki nəslin ard-arda inkişafı, yarpaqların 70-80% yeyilməsinə səbəb olur və ağacın quruması təhlükəsi yaranır. Payızda çəkil və tut ağaclarının ətrafında tökülmüş yarpaqlarının toplanaraq yandırılması qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda, eləcə də odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində bellənməsi və qurumuş budaqların kəsib yandırılması yaxşı nəticə verər.
Kəpənəklərin kütləvi ucuşa başlamasından 10 gün sonra kimyəvi inseksidlərdən, odluca əleyhinə sipermetrin tərkibli 25%-li e.k. Arrivo (1,2l\\ha), alfa-sipermetrin tərkibli 10%-li e.k. Alfa Sipi (0,4l\\ha) və 10%-li e.k. Fastak (1,2l\\ha), deltametrin tərkibli 10%-li e.k.Desis (0,1 l\\ha), lyambda-siqalotrin tərkibli 5%-li m.k.s. Karate zeon (0,4l\\ha) və 5%-li e.k. Kunq-fu (0,4l\\ha) preparatlarından istifadə etmək səmərəlidir.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026