Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində “Yaşıl Çay” MMC-yə məxsus 1,8 hektar tut bağında müşahidələr aparılıb.
Müşahidələr zamanı 1,5 hektar sahənin çılpaq ilbizlərlə sirayətləndiyi müəyyən olunub. Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə “Metaldehid” tərkibli preparatı ilə mübarizə tədbirlərinin aparılması tövsiyə olunub.
Azərbaycanda çılpaq ilbizlər əsasən Lənkəran, Şəki-Zaqatala və Quba- Xacmaz bölgələrində geniş yayılıb.
Bu zərərverici kənd təsərrüfatı bitkilərindən taxıl, bostan-tərəvəz, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər vurur. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.
Onlar növ tərkibindən asılı olaraq ildə 1- 2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi müşahidə olunur.
Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:
Zərəverici aşkar edilən sahələrdə 35-40 sm olmaqla dərin şum aparılmalıdır. Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir. Çılpaq ilbizlərə qarşı Metaldehid tərkibli preparatlardan istifadə etməklə kimyəvi mabarizə tədbirləri həyata keçirilir. Daxili bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram məsarif norması ilə səpilir. Həyətyanı sahələrdə müxtəlif tələlər qurmaqla və ya müxtəlif qeyri ənənəvi üsullardan istifadə etməklə mübarizə aparılır.Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquqi və fiziki şəxslərin özləri tərəfindən aparılır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024