Elanlar

Mexanizatorların nəzərinə!

Mexanizator kurslarına qəbul davam edir

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti regional bölmələrin tərkibində “Sampo”, “New Holland”, “Niva Effekt SK-5ME-1”, “Class” və “Nova-340”  taxılbiçən kombaynlarının idarə edilməsi üçün tələb olunan sertifikatların əldə edilməsi məqsədi ilə mexanizator kursları təşkil edir.

Kurslara əsasən “Sampo” kombaynları üçün Şəmkir-Gədəbəy, Göygöl, Samux, Yevlax, Goranboy, Ucar, Tərtər, Biləsuvar, Masallı-Yardımlı, Ağcabədi,  Beyləqan-Xocavənd, Zərdab, Füzuli, Xaçmaz, Qobustan, Şamaxı, Ağsu, Qax, Sabirabad, Saatlı və Neftçala;

“New Holland” kombaynları üçün Ağstafa, Goranboy, Masallı-Yardımlı, Qobustan, Kürdəmir, Saatlı və Neftçala, Cəlilabad;

“Niva Effekt SK-5ME-1” kombaynları üçün Şəmkir-Gədəbəy, Tovuz, Qazax, Göygöl, Samux, Yevlax, Goranboy, Göyçay, Bərdə, Tərtər, Ağdam, Masallı-Yardımlı, Lənkəran, Lerik, Astara, Ağcabədi, Beyləqan-Xocavənd, Zərdab, Xaçmaz, Siyəzən, Xızı, Şamaxı, Ağsu, Kürdəmir, Qəbələ, Qax, Sabirabad, Saatlı və Neftçala;

 “Class”kombaynları üçün Ucar, Ağcabədi, Qobustan, Ağsu və Sabirabad;

“Nova-340” kombaynları üçün Şamaxı, Saatlı və Salyan rayonlarında yaşayan və “Aqrolizinq” ASC qarşısında heç bir ödənilməmiş borc öhdəliyi olmayan şəxslər cəlb edləcəkdir.

Kurslarda iştirak etmək istəyən şəxslər +99455 7376464, +99470 7195054, telefon nömrələrinə zəng edərək və ya aşağıda qeyd olunan sənədlərin surətini mexanizator@agrolizing.gov.az electron poçt ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsindən (kənd təsərrüfatı texnikalarını idarə etmək üçün) ibarətdir.