MEXANİZATORLARIN NƏZƏRİNƏ!!!
Hər il olduğu kimi bu il də fevral, mart, aprel aylarında “Aqrolizinq” ASC-nin Yevlax Regional Nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində Claas Dominator 130, New Holland TC 4.90, Sampo 20165 markalı taxılyığan kombaynları idarə edəcək operatorlar (mexanizatorlar) üçün, ödənişsiz (gecələmə, qidalanma daxil) təlimlər təşkil olunacaqdır.
Təlimlərin keçirilməsində əsas məqsəd mexanizatorlar tərəfindən kombaynlara düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, qaydalarının və istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılmasının öyrədilməsidir.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən video görüntülü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada tədris olunur. Təlimdə iştirak etmiş hər bir operatora (mexanizatora) sertifikat təqdim edilir. Nəzərinizə çatdıraq ki, sertifikatı olmayan mexaniztorlarla “Aqrolizinq” ASC tərəfindən icarə müqavilə bağlanılmayacaq.
Təlimlərdə iştirak etmək üçün (051) 255 92 63 (Novruzov Maqsud, Texniki xidmət işlərinin təşkili sektorunun mütəxəssisi) nömrəsi ilə əlaqə saxlayıb, tələb edilən sənədləri (şəxsiyyət vəsiqəsi, müvafiq kateqoriyaya uyğun sürücülük vəsiqəsi və əlaqə nömrəsi) 25 fevral 2019-cu il tarixədək n.maqsud@agrolizing.gov.az e-mail ünvanına göndərə bilərsiniz.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026