Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri" adlı yeni kitabı nəşr edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitab meyvəçiliklə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilər.
Kitabda bitki mühafizəsi sahəsində fitosanitar tədbirlər, xəstəlik və zərərvericilərin təyini metodları, mübarizə tədbirlərinin növləri, meyvə bitkilərinin ən təhlükəli xəstəlik və zərərvericiləri, qida çatışmazlığından meyvə bitkilərində əmələ gələn xəstəliklər, gübrələrdən istifadənin aqrokimyəvi əsasları, fertiqasiya, becərmə rejiminə nəzarət edən kompüter sistemləri, feromon tələlər, bioloji mübarizə agentləri, mikrobioloji preparatlardan istifadənin üstünlükləri haqqında geniş məlumat verilib.
Kitabın müəllifləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, institutun əməkdaşları Ələddin Sadıqov, Nardan Sadıqova, Faiq Əliyev və Sevil Süleymanovadır.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026