“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışı başa çatıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
İndiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab, Balakən, Ağcabədi, Sabirabad, Salyan və Ağdaş rayonları üzrə 3 qrup olmaqla, müxtəlif kəndlərdə 169 səyyar satış xidməti həyata keçirilib. 730 kənd və qəsəbə üzrə səyyar gübrə satışından 5943 vətəndaş yararlanıb.
Mövsümün son səyyar gübrə satışı ötən həftə Şəmkir, Ağstafa, Tovuz, Qazax, Samux, Saatlı, Füzuli, Neftçala, Salyan, Şabran, Quba və Qusar rayonlarında həyata keçirilib. 12 rayon üzrə 14 kənddə baş tutan satışdan 55 kənddən 330 vətəndaş yararlanıb və ümumilikdə 158,05 ton mineral gübrə satılıb.
Qeyd edək ki, səyyar gübrə satışı zamanı qaydalarda və qiymətlərdə heç bir dəyişiklik edilməyib. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə edə bilərlər. Səyyar xidmət zamanı vətəndaş banklara müraciət etmədən səyyar bank terminalları vasitəsi ilə ödənişlərini həyata keçirilib.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026