Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
İlk səyyar satış sentyabr ayının 10-da Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli kəndində başlayıb. Daha sonra, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka, Samuxun Poylu kəndində səyyar satış xidmətləri təşkil edilib.
Sentyabrın 17-də səyyar satış xidməti iki istiqamətdə Qobustanın Sündü, Şəkinin Qayabaşı kəndlərində baş tutub. Qobustanda baş tutan səyyar satışdan 9 kənd (Calov, Cəmcəmli, Cəyirli, Mərəzə, Nabur, Nərimankənd, Sundu, Təsi və Xilmilli) üzrə 46 vətəndaş, Şəkidə isə 4 kənd (Qayabaşı, Sarca, Bolludərə və Turan) üzrə isə 48 vətəndaş yararlanıb.
Bu gün keçirilən səyyar satışlar Şəki rayonunun Kiçik Dəhnə və Şamaxının Ovculu kəndində satış həyata keçirilir.
Səyyar xidmət mövsümün sonunadək davam etdiriləcək.
Qeyd edək ki, növbəti səyyar satış xidməti sentyabrın 19-da Kürdəmirin Karrar, Şəkinin Baş Layısqı kəndlərində, sentyabrın 20-də Hacıqabulun Nəvahi, Oğuzun Padar kəndlərində, sentyabrın 21-də Hacıqabulun Udulu, Oğuz rayonunun Xaçmaz kəndlərində həyata keçiriləcək.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026