Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Şəmkir rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr aparılır.
Şəmkir rayonu ərazisində 58015 baş iribuynuzlu, 270260 baş xırdabuynuzlu, 2718 baş təkdırnaqlı, 421900 baş quş və 12678 arı ailəsi mövcuddur. Şəmkir Rayon Baytarlıq İdarəsinin 16 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün kənd və qəsəbələrində saxlanılan heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər aparılır.
Hazırda Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən Qılıncbəyli kəndində fermer Yeganə Səfərovaya məxsus təsərrüfatda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 56535 baş iribuynuzlu, 2353 baş təkdırnaqlı heyvanda qarayara, 15365 baş sahibli itdə quduzluq, 709757 baş körpə cücələrdə (“Las-sota” ştammı ilə) nyukasl, 5880 baş iribuynuzlu (A,O,“Asiya-1”,Tur-15 tiplərinə) və 6360 baş xırdabuynuzlu (A,O tiplərinə qarşı) heyvanlar arasında dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1681 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq 8011 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülüb.
Mart ayının ilk günlərindən isə Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı tətbiq ediləcək vaksinin bölgüsü aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.
Şəmkir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), bruselyoz, xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib
11 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib
11 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edəcək
10 Oktyabr 2024
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024