Aqrobiznes dəyər zəncirlərinin yaradılması üzrə məlumatlandırma kampaniyası keçirilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və sahibkarlar arasında məlumatlandırma kampaniyasına başlayıb. Kampaniyanın məqsədi kənd təsərrüfatı sahəsində dəyər zəncirlərinin yaradılması üzrə qrant layihələrinin hazırlanması üçün fermer və sahibkarları məlumatlandırmaqdır. Aqrobiznes dəyər zənciri layihələrinə qrantlar Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində maliyyələşdirilir.
Bütün ölkəni əhatə edəcək kampaniya çərçivəsində Layihənin əməkdaşları artıq Qəbələ, İsmayıllı, Qax, Şamaxı, Goranboy, Göygöldə fermer və sahibkarlarla görüşüb, onlara qrantlar ayrılması üçün layihələrinin seçim meyarları barədə ətraflı məlumat veriblər.
“Biz bu layihə çərçivəsində 20-dək aqrobiznes dəyər zənciri layihəsinə qrant ayırmağı nəzərdə tutmuşuq. Məlumatlandırmanın birinci mərhələsindən keçən dövrdə təqdim edilmiş layihələri dəyərləndirdik və meyarlara cavab verənləri seçdik. Artıq 5 layihəyə görə müqavilə imzalamışıq. Bir neçə layihə də təsdiqlənmə ərəfəsindədir. Biz bu layihəni həyata keçirməklə, kənd təsərrüfatı məhsulları istehsalında möhkəm, qırılmaz dəyər zəncirlərinin iqtisadiyyatda nümunə ola biləcək pilot modellərini hazırlamaq istəyirik. Sayın məhdud olması da məhz bununla bağlıdır”.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib. Dəyər zəncirləri üzrə layihələrin seçimi zamanı üstünlük verilən meyarlara aydınlıq gətirən Mirzə Əliyev əsas cəhət kimi istehsalda innovativlik tələbinin qoyulduğunu deyib: “Bundan başqa, qrantdan bir adamın deyil, dəyər zəncirinin bütün üzvlərinin faydalanması nəzərdə tutulduğundan, layihənin tərəfdaşlıq üzərində qurulması, səmərəlilik vəd etməsi, rəqabətqabiliyyətli ixrac potensiallı məhsul istehsal etməsi və idxalı əvəzləməsi dəyər zənciri layihəsini qiymətləndirmə zamanı vacib məqamlardır”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026