Bu gün Çin Xalq Respublikasından ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumları (qrena) gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. İnkubasiya müddəti başa çatdıqdan sonra əldə olunacaq ipək qurdları dağlıq ərazidə yerləşən rayonların kümçülərinə əvəzi ödənilmədən paylanılacaqdır.
Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından iki mərhələdə 13000 (on üç min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılması nəzərdə tutulub. Artıq aprel ayının 17-də ilkin mərhələdə 7000 (yeddi min) qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq respublikaya gətirilib və Qax Damazlıq İpəkçilik Stansiyasına inkubasiyaya qoyulub. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında yaxın günlərdə respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.
Məlumat üçün bildiririk ki, son iki ildə Çin Xalq Pespublikasından ölkəmizə 2,5 milyon ədəd tut tingləri gətirilib, bölgü əsasında əvəzi ödənilmədən baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.
Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026