Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılovun müsahibəsi
- Nail müəllim, elektron kənd təsərrüfatı layihəsinin əsas mahiyyəti nədən ibarətdir?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin əsas funksiyalarına aqrar sahədə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi, elektronlaşma sahəsində təhlillərin aparılması, aqrar sahədə biznes proseslərin elektron və rəqəmsal müstəviyə keçirilməsi, elektron sistemlərin yaradılması və inkişaf etdirilməsi, yeni yanaşmaların tətbiqi və təşviqi, elektron sistemlər vasitəsilə məlumatların toplanması və analizlərin aparılması, elektron xidmətlərin formalaşdırılması və təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, sahənin strateji planlaşdırılması və innovativ inkişaf etdirilməsi daxildir. Eyni zamanda Aqrar Tədqiqatlar Mərkəzinin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin fəaliyyətinin əsas prisnipləri aqrar sahədə biznes proseslərin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron sistemin kənd təsərrüfatında tətbiq olunması prosesində fermerə lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin edilməsi və xidmətin alınmasını təmin etməkdir.
- Bu layihəni dövlət qulluqçusu-fermer münasibətlərində yeni, elektron platforması hesab etmək olarmı?
- \"Elektron kənd təsərrüfatı\" informasiya sisteminin yaradılması 2015-ci ildən prioritet vəzifə olaraq nazirliyin fəaliyyətinin ana xəttinin təşkil edir. Bütün bu fəaliyyət prinsiplərimizin əsas qayəsi dövlət qulluqçusu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Bu məqsədlə Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilmiş DAİM-lər ən müasir avadanlıqlarla təchiz edilmiş, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur. Nazirliyin İnformasiya Texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir, habelə \"Elektron kənd təsərrüfatı\" informasiya sisteminin əsas komponentləri yaradılır. Məlumatların təhlili, toplanması, təmizlənməsi, saxlanılması və vahid verilənlər bazası yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı fəaliyyətimizi çevik bir modelə çevirir.
- Yeni sistem innovativ yeniliklərin kənd təsərrüfatına tətbiqinə nə dərəcədə təsir göstərəcək?
- Ümumiyyətlə, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin tətbiq edilməsi kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına, ölkəmizdə aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir. Elektron mühitə əsaslanan idarəetmənin tətbiqi isə bütövlükdə kənd təsərrüfatının inkişafına öz töhvəsini verəcəkdir.
Aqrar Tədqiqatlar Mərkəzində Doktorantura Proqramı ilə bağlı təqdimat keçirilib
25 Aprel 2025
Nazir müavini Elçin Zeynalov Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin, elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub
25 Aprel 2025
Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
25 Aprel 2025
Nazir Məcnun Məmmədov və Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut arasında onlayn görüş keçirilib
25 Aprel 2025
Azərbaycanda pambıq sahələrinin sığortalanması prosesinə start verilir
24 Aprel 2025