Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov dekabrın 1-də, saat 09:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edəcək
06 Fevral 2023
Gənclər Günü münasibətilə əmək fəaliyyətində fərqlənən gənc əməkdaşlara Fəxri Fərman verilib
03 Fevral 2023
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat və dama turniri keçirilib
03 Fevral 2023
Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir
03 Fevral 2023
Bakıda II Aqrobiznesin İnkişafı Forumu keçirilib
01 Fevral 2023