Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov yanvarın 24-də, saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzində Nefçala və Salyan rayonları, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026