Azərbaycanda ixrac potensialı yüksək olan meyvə bağlarının sahəsinin genişləndirilməsi məqsədilə yeni intensiv bağların salınmasına dövlət dəstəyi genişləndirilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə Azərbaycanda 6 növ meyvə bitkisi üzrə salınmış yeni intensiv bağlara görə birdəfəlik əkin subsidiyası veriləcək.
Qərara əsasən, 2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur. Subsidiya veriləcək fındıq bağları 200-1500 metr hündürlükdə olan dağlıq və ya dağətəyi yerlərdə salınmalı, hər hektarda ən azı 330 ting əkilməli, bağ damla suvarma sistemi ilə təchiz olunmalıdır.
Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərar ölkədə fındıqçılıın inkişafına öz töhfəsini verməkdədir. Artıq Şəki və Qax rayonlarında yeni fındıq bağlarının salınmasına başlanıb. Kənd təsərrüfatı naziri İnam Kərimov Şəkinin Bideyiz kəndində yeni intensiv fındıq bağının salınması işləri ilə tanış olub. Fındıq bağının salındığı 320 hektar ərazi daşlardan təmizlənib, müvafiq aqrotexniki hazırlıq işləri görülüb, bağ tam şəkildə damla suvarma sistemi ilə təchiz olunub.
Daha sonra nazir Şəkinin Biləcik kəndində keçmiş çay yatağında yeni salınmış fındıq bağında görülən işlərlə maraqlanıb, Qax rayonunun Qaşqaçay kəndində daşdan təmizlənmiş sahədə salınmış intensiv fındıq bağlarına baxış keçirib.
Nazir İnam Kərimov Şəkidə həmçinin Şəki Regional Aqrokimya Laboratoriyasının və yeni fəaliyyətə başlayan baytarlıq laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Bu laboratoriyalarda son model avadanlıqlar quraşdırılıb. Bölgələrdə bu cür müasir laboratoriyaların qurulması fermerlərə göstərilən aqrar məsləhət xidmətlərinin daha da təkmilləşdirilməsinə kömək edəcək.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026