Mayın 17-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyi ilə Altay diyarı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni müstəvidə inkişaf etdiyini nəzərə çatdırıb.
İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatının ölkəmizdə prioritet sahə elan olunmasını qonaqların diqqətinə çatdırıb. Həmçinin, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar - gübrələrin fermerlərə 70%, damazlıq heyvanların 50%, lizinq yolu ilə texnikaların 40% güzəştlə verilməsi barədə geniş məlumat verib.
“Biz qonşumuz olan Rusiya Federasiyası ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda daim maraqlıyıq. Rusiya bizim ənənəvi partnyorumuzdur. Altay diyarı ilə də aqrar sahədə əməkdaşlığa önəm veririk”,-deyə nazir müavini vurğulayıb.
Nazir müavini Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu Altay diyarının şirkətləri ilə Azərbaycanın şirkətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu da öz növbəsində Kənd Təsərrüfatı Nazirliyi də Rusiya Federasiyası ilə əməkdaşlığın genişlənməsinə daim dəstək verəcək.
Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov Azərbaycanla Altay diyarı arasında aqrar sahədə əlaqələrin daha da dərinləşməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Sonda hər iki tərəfi maraqlandıran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026