Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşdə ölkədə heyvandarlığını inkişafı məsələləri ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Nazir fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini bildirib. Bu cür görüşlərin keçirilməsində məqsəd aqrar sektorun davamlı inkişafını təmin etməkdir. Görüşdə assosiasiya üzvlərinə nazirlikdə yeni yaradılmış fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin və Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti haqqında məlumat verilib. İştirakçılara bildirilib ki, nazirlik tərəfindən Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanır.
Müzakirələrdə iştirak edən “MPRO”, “Biləsuvar aqro”, “Amal” şirkətlərinin, “SANİ”, “Bozdağ”, “Real İnkişaf”, Beyləqan və Tərtər fermer təsərrüfatlarının “Gilan Diary Farms”, “Nüsr Ət aqro” “Yalama Aqropark” məhdud məsuliyyətli cəmiyyətlərinin, “”Bərdə RVR LTD”nin “Çiçək” süd fermer təsərrüfatının, Türk Qida Sənaye birliyinin təmsilçiləri dövlət proqramı layihəsinin hazırlanması təşəbbüsünü dəstəkləyiblər. Səsləndirilən təkliflərin Assosiasiya üzvləri ilə növbəti görüşlərdə bir daha müzakirə olunması, uyğun təkliflərin heyvandarlığın inkişafına dair Dövlət Proqramı layihəsinə daxil edilməsi qərara alınıb.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026