İyun ayının 29-u nazir İnam Kərimov Macarıstanın xarici işlər naziri Peter Szijjartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin müzakirəsi olub.
Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İ.Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Macarıstan arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu diqqətə çatdıran nazir kənd təsərrüfatında innovasiyaların tətbiqi və toxumçuluq sahəsində ölkələr arasında əlaqələrin inkişafından məmnun olduğunu qeyd edib.
Öz növbəsində qəbula görə təşəkkür edən Macarıstanın xarici işlər naziri Peter Szijjarto Azərbaycanla bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verildiyini vurğulayıb.
Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026