Azərbaycanda arpa sahələrində biçin prosesi davam edir. Bu il ölkə üzrə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında ümumilikdə 369240 hektar sahədə payızlıq arpa əkilib. Hazırda 36 rayonun arpa sahələrində biçin davam edir. Ölkə üzrə ən çox arpa əkinlərinin aparıldığı Neftçala rayonunda isə biçin prosesi yekunlaşmaq üzrədir.
Neftçala rayonunda 43066 hektar sahədən 36803 hektarını arpa sahələri təşkil edir. Bugünədək 34760 hektar sahədə biçin başa çatıb. Fermerlər sahələrdən 100 min tondan çox məhsul götürüblər. Rayon üzrə arpanın orta məhsuldarlığı 28,8 sentner təşkil edir. Ötən il Neftçalada 32145 hektarda arpa əkilmiş, sahələrdən ilkin çəkidə 86149 ton məhsul yığılmışdı. 2019-cu il taxıl biçinin yekununda arpa üzrə orta məhsuldarlıq 26,8 sentner təşkil etmişdi. Bu il məhsulun bol olması həm də fermerlərin gəlirlərinin artması deməkdir.
Arpa biçini yekunlaşmaqda olan Neftçalanın taxıl sahələrində hazırda 108 kombayn işləyir. Onlardan 26-sı “Aqrolizinq”ASC-nin rayon bölməsinin balansında olan kombaynlardır. “Aqrolizinq” ASC məhsulun vaxtında və itkisiz yığılması üçün dağlıq və dağətəyi rayonlardakı bölmələrdən Neftçalaya əlavə olaraq 19 kombayn dislokasiya edib. Biçin prosesində, həmçinin hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 63 kombayn da iştirak edir. Biçin prosesi yaxın zamanlarda yekunlaşdıqdan sonra kombaynlar tələbata uyğun olaraq digər rayonlara dislokasiya olunacaq.
Qeyd edək ki, bu il Azərbaycanda 1010208 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Sahələrin 640977,6 hektarında buğda, 369240,4 hektarında apra əkini aparılıb. Biçin prosesinə ümumilikdə 1700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulur.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024