Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında “Növbəli əkinçilikdə və heyvandarlığın yem bazasının gücləndirilməsində yem noxudunun əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev, Cəlilabad Bölgə Təcrübə Stansiyasının (BTS) direktoru Şahlar Əsədullayev, tingçiliklə məşğul olan şirkətlərin nümayəndələri və 20-yə yaxın fermer iştirak ediblər.
Seminarda bildirilib ki, yem noxudu növbəli əkinçilikdə torpağın strukturunun yaxşılaşdırılması və qida maddələri ilə zənginləşdirilməsində mühüm rol oynayır. Qeyd edilib ki, bu bitkidən yığılan məhsul heyvandarlıqda və quşçuluqda zəngin qida maddələrindən biri hesab edilir. Həmçinin, yem noxudunun həm növbəli əkinçilikdə, həm də heyvandarlığın yem bazasının möhkəmləndirilməsində böyük perspektivləri var.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Regionlarda fəaliyyət göstərən qadın fermerlərə dəstək tədbirləri davam etdirilir
05 Avqust 2022
Bölgələrdə fermerlərin maarifləndirilməsi davam etdirilir
04 Avqust 2022
Toxumun dərmanlanmasının əhəmiyyəti – Fermerlərə tövsiyə
04 Avqust 2022
Üzümlüklərdə "Salxım yarpaqbükəni" zərərvericisinə qarşı mübarizə tədbirləri - Fermerlərə tövsiyə
03 Avqust 2022
Növbəti mövsüm üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 58,4 faizində yay şumu aparılıb
02 Avqust 2022