Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.
Bununla bağlı Aqrar Tədqiqatlar Mərkəzində keçirilən tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Nazirliyin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir. Nazir müavini bildirib ki, Dövlət Başçısının aqrar sahəyə diqqət və qayğısı nəticəsində kənd təsərrüfatının bütün sahələrində artım qeydə alınıb. İlham Quliyev qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürür. Bildirib ki, son dövrlərdə ölkədə fermerlərə yaxın olmaq prinsipinə əsaslanaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış assosiasiyaların sayı sürətlə artır. Nazir müavini əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi müxtəlif sahələr üzrə yaradılmış assosiasiyalarla mütəmadi görüşlər keçirir və ictimai birliklər tərəfindən qaldırılan məsələləri operativ həll edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, qarşıda duran tapşırıqları layiqincə yerinə yetirmək və dövlət dəstəyini yüksək səviyyədə təşkil etmək üçün bu il Şura tərəfindən müxtəlif dövlət qurumları ilə birgə qrant müsabiqəsinin keçirilməsi barədə qərar qəbul edilib. “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası birgə qrant müsabiqəsinin elan edilməsi ilə bağlı 20-dək dövlət qurumuna müraciət edib. Birinci mərhələdə Şura ilə birgə qrant müsabiqəsində 18 dövlət qurumu iştirak edir. Ümumilikdə qeyri-hökumət təşkilatlarının müzakirəsinə 98 mövzu təqdim edilib. Ən çox müsabiqə mövzusu məhz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan olunan qrant müsabiqəsindədir. Belə ki, Nazirlik tərəfindən Şuraya kənd təsərrüfatı sahəsi ilə bağlı 17 mövzu təqdim edilib. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə elan etdiyimiz qrant müsabiqəsi üzrə 34 layihə və proqramın dəstəklənməsi nəzərdə tutulur. Bu layihə və proqramlar kənd təsərüfatının daha da inkişafına yönəlib”, - deyə Fərasət Qurbanov vurğulayıb.
Daha sonra birgə qrant müsabiqəsində müraciət qaydalarını özündə əks etdirən video çarx nümayiş etdirilib.
Qeyd edək ki, noyabrın 20-dən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərdən təkliflərin qəbuluna başlayıb. QHT-lərdən qrant müsabiqəsində iştirakla bağlı təkliflər dekabrın 16-dək qəbul ediləcək. QHT-lər tərəfindən təqdim olunan təkliflər 3 mərhələdə qiymətləndirildikdən sonra qalib layihələrin maliyyələşməsinə başlanılacaq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024