Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda laboratoriya şəraitində in-vitro üsulu ilə istehsal olunan vegetativ klon calaqaltı formaları sahəyə köçürülüb. Ənənəvi seleksiya metodlarından fərqli olaraq bu üsul sortların daha qısa müddətə yaradılmasına və keyfiyyət göstəricilərinin yüksək olmasına imkan verir.
Çəyirdəkli meyvə bitkilərinin 5 növdən ibarət calaqaltıları in-vitro üsulu ilə çoxaldılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülür. Bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün açıq sahəyə də adaptasiyası uğurlu keçir.
İnstitutun Biotexnologiya laboratoriyasının böyük elmi işçisi Türkan Əlikişiyeva bildirib ki, bu bitkilərin ən böyük üstünlüyü virussuz olmasıdır. Bu calaqaltılar calaq olunacaq, bir ildən sonra sağlam və yüksəkkeyfiyyətli əkin materialı əldə ediləcək. Bu calaqaltılar iqtisadi baxımdan çox əlverişlidir. Belə ki, bu calaqaltılar üzərində calaq edilən meyvə tingləri 3-cü ildə məhsula düşür və 5-ci ildə artıq bağa qoyulan xərcləri çıxarır.
Adi calaqaltılarda bir hektardan 15 ton məhsul əldə olunursa, bu calaqaltılar üzərində yetişdirilən tinglərdən bir hektardan təxminən 50 tona qədər məhsul əldə etmək mümkündür. Bu bağlardan əldə olunan məhsulun keyfiyyəti də bazar tələblərinə tam cavab verir. Məhsulun rəngi parlaq, ölçüləri iri və standart olur.
Mütəxəssis Zəminə Sərhədovanın sözlərinə görə, bu kimi calaqaltılar ölkəyə 2003-cü ildən gətirilsə də, istehsalına ilk dəfə Meyvəçilik və Çayçılıq ETİ tərəfindən başlanılıb. Əsas məqsəd bu istiqamətdə özəl tingçilik təsərrüfatları ilə birgə çalışaraq ölkəyə ting idxalının qarşısını almaqdır. Çünki xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.
Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nin yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
Daşkəsəndə kartof sahələrinə dəymiş zərərə görə fermerlərə sığorta ödənişləri edilib
19 Mart 2025
Qax rayonunda üzümçü fermerlər üçün tarla seminarı keçirilib
19 Mart 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Mart 2025
Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib
18 Mart 2025
Nazir Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
17 Mart 2025