Bu ilin yanvar-iyun ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikanın 60 rayonunda 961 təlim keçirilib. Təlimlərdə 17988 fermer və məhsul istehsalçısı iştirak ediblər.
Ötən həftə ərzində respublikanın 38 müxtəlif rayonunda 71 təlim keçirilib. Təlimlərə ümümilikdə 1155 fermer və məhsul istehsalçısı cəlb olunub.
Təlimlər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun, Tərtər, Salyan və Lənkəran Regional Aqrar Elm və İnnovasiya mərkəzlərinin, Aqrar Xidmətlər Agentliyinin və Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssisləri tərəfindən keçirilib.
Təlimlərdən 67-si təsdiqlənmiş qrafik üzrə baş tutub, 4 təlim isə növbədənkənar keçirilib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026