Bu ilin yanvar-avqust ayları ərzində Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən respublikada 1408 təlim keçirilib. Təlimlərdə 24801 fermer və məhsul istehsalçısı iştirak edib.
20-23 avqust tarixlərində Dövlət Aqrar İnkişaf Mərkəzilərinin əməkdaşları tərəfindən yeni subsidiya qaydaları ilə bağlı 48 rayonda 4233 nəfərə 273 təlim keçirilib. Bundan başqa, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən 9 rayonda bitkiçilik, heyvandarlıq və kənd təsərrüfatı texnikası mövzularında keçirilən 9 təlimə 148 fermer cəlb olunub. Bununla da ötən həftə ərzində respublikanın 57 müxtəlif rayonunda 282 təlim keçirilib. Təlimlərdə fermer və məhsul istehsalçıları da daxil olmaqla ümümilikdə 4381 nəfər iştirak edib.
Qeyd edək ki, fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssiləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.
Fəaliyyət Planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026