Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq məqsədi ilə respublikada olduğu kimi, Oğuz rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, bu tədbirlər Oğuz Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Oğuz Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun 33 kəndində saxlanılan 23088 baş iribuynuzlu, 28046 baş xırdabuynuzlu, 765 baş təkdırnaqlı heyvanda və 57 baş donuzda qarayara, 3384 baş sahibli itdə və 4900 baş (oral yolla) vəhşi heyvanlarda quduzluq, 14862 baş xırdabuynuzlu heyvanda çiçək, 9627 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə), 3986 baş iribuynuzlu(S-19 ştammı ilə) heyvanlarda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparıb. Eləcə də bu dövr ərzində 2448 baş iribuynuzlu heyvanda leptospiroz (sarılıq), 9761 baş quş (“H” ştammı ilə) və 73650 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Mart ayından Oğuz rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 20111 baş iribuynuzlu və 9710 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Aprel ayının ilk günlərindən isə Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb, eləcə də karantin qaydalarına uğun peyvəndləmə tədbirinə başlanılıb. Artıq 205336 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 517 obyektin 29338 kvadratmetr sahəsində profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 430 baş iribuynuzlu heyvanlardan və 1272 baş ana qoyundan qan alınaraq seroloji müayinə edilməsi məqsədi ilə müvafiq laboratoriyaya göndərilib.
Oğuz rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da iribuynuzlu heyvanlarda nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara və digər peyvəndləmə və müayinə tədbirləri, eləcə də heyvanların qan-parazitar xəstəliklərinə qarşı çimizdirilmə işləri davam etdiriləcəkdir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024