“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatıb.
İyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlər bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə keçirilib.
Təlimlərin yekununda kursları müvəffəqiyyətlə bitirmiş 160 mexanizatora sertifikat təqdim olunub. Kursu bitirə bilməyən mexanizatorlar bu il pambıq yığımı prosesində iştirak edə bilməyəcəklər.
Milli Məclisdə “Aqrar sahə haqqında” qanun layihəsi müzakirə olunub
07 Oktyabr 2026
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
07 Oktyabr 2026
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026